​Əmanətlərin Sığortalanması Fondunda 20 mln. manat vəsait var

​Əmanətlərin Sığortalanması Fondunda 20 mln. manat vəsait var Azad Cavadov: "Daha borc almağımıza ehtiyac yoxdur"
Maliyyə
2 İyun , 2016 15:07
​Əmanətlərin Sığortalanması Fondunda 20 mln. manat vəsait var

Bakı. 2 iyun. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) sığorta ehtiyatları 2016-cı il iyunun 1-nə təqribən 20 mln. manat təşkil edib. Bunu "Report"a açıqlamasında Fondun icraçı direktoru Azad Cavadov bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum öz imkanları və bu ilin mart ayında Azərbaycan Mərkəzi Bankından cəlb etdiyi 22 mln. manat vəsait hesabına sığorta hadisəsi baş vermiş 3 bankın ("Bank of Azerbaijan", "Gəncəbank", "Texnikabank") qorunan əmanətçilərinə kompensasiya ödənişini başa çatdırmağı planlaşdırır: "Daha borc almağımıza ehtiyac yoxdur".

Xatırladaq ki, ADİF-in mayın 23-də açıqladığı məlumata görə, adı çəkilən bankların əmanətçilərinə ümumilikdə 143,074 mln. manat kompensasiya ödənilib. Bu, ödənilməli olan məbləğin 96,45%-dir.

Son xəbərlər

Orphus sistemi