Əmanətlərin Sığortalanması Fondu Mərkəzi Bankdan vəsait cəlb edə bilər - YENİLƏNİB

Əmanətlərin Sığortalanması Fondu Mərkəzi Bankdan vəsait cəlb edə bilər - YENİLƏNİB "Bank of Azerbaijan", "Gəncəbank" və "United Credit Bank" üzrə ümumilikdə 29 mln. manatın ödənilməsi gözlənilir
Maliyyə
3 Fevral , 2016 13:15
Əmanətlərin Sığortalanması Fondu Mərkəzi Bankdan vəsait cəlb edə bilər - YENİLƏNİB

İlk xəbər saat 13:00-da verilib

Bakı. 3 fevral. REPORT.AZ/ "Bank of Azerbaijan", "Gəncəbank" və "United Credit Bank" ASC-dəki sığortalanmış əmanətlər üzrə ümumilikdə 28,8 mln. manat həcmində vəsaitin ödənilməsi nəzərdə tutulub.

"Report" xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Azad Cavadov deyib.

A.Cavadovun sözlərinə görə, ƏSF-nin vəsaitləri bitərsə, Fondun Mərkəzi Bankdan vəsait cəlb etmək imkanı var: "Bank of Azerbaijan"ın vəsaitlərini ödəyəndən sonra 107,834 mln. manat, "Gəncəbank"a görə kompensasiyaları ödəyəndən sonra 105,884 mln. manat, "United Credit Bank"dan sonra isə 103,169 mln. manat vəsaitimiz qalacaq. Əgər pulumuz qurtarsa, AMB-dən vəsait almaq üçün zəmanətimiz var".

***

"Əgər Fond borclanmaya girərsə, banklardan 0,2% rüblük əlavə vəsait yığıla bilər. Bu isə ildə 0,8% olacaq", - deyə A.Cavadov əlavə edib.

Son xəbərlər

Orphus sistemi