Əmanətlərin Sığortalanması Fondu daha iki bankn ləğvedicisi təyin edilib

Əmanətlərin Sığortalanması Fondu daha iki bankn ləğvedicisi təyin edilib Bununla bağlı Fond açıqlama yayıb
Maliyyə
25 Avqust , 2016 14:57
Əmanətlərin Sığortalanması Fondu daha iki bankn ləğvedicisi təyin edilib

Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli qərarı ilə lisenziyası ləğv edilmiş “Qafqaz İnkişaf Bankı” və "Atrabank" ASC-lərə ləğvedici təyin olunub. "Report" xəbər verir ki, bankların məcburi ləğv prosesinə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) nəzarət edəcək.

Fondun yaydığı məlumatda bildirilir ki, Ali Məhkəmənin 11 avqust 2016-cı tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 10 may 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılıb və “Qafqaz İnkişaf Bankı” və "Atrabank" müflis elan edilərək banklar barəsində iflas proseduruna başlanılıb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 avqust 2016-cı il tarixli qərardadı ilə ADİF ləğv prosesində olan bu iki bankın ləğvedicisi təyin olunub.

Bununla əlaqədar olaraq müflis elan edilmiş banklara qarşı tələblər bu elanın dərcindən 60 təqvim günü ərzində Ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınacaq. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

– kreditorun adı, ünvanı;

– tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

– tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Kreditorlardan xahiş olunur ki, bu elanın dərcindən 60 gün ərzində bankların ləğvedicisinə müraciət etsinlər.

Son xəbərlər

Orphus sistemi