​Əmanətlərin Sığortalanması Fondu "Bank of Azerbaijan"ın kreditorlarına müraciət edib

​Əmanətlərin Sığortalanması Fondu "Bank of Azerbaijan"ın kreditorlarına müraciət edib Bu barədə fondun saytında məlumat verilib.
Maliyyə
19 İyul , 2016 15:56
​Əmanətlərin Sığortalanması Fondu Bank of Azerbaijanın kreditorlarına müraciət edib

Bakı. 19 iyul. REPORT.AZ/ “Bank of Azerbaijan” ASC-nin ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) Bankın kreditorlarına müraciət edib. "Report" xəbər verir ki, bu barədə ADİF-in saytında məlumat verilib.

Müraciətdə bildirilir ki, “Banklar haqqında” qanunun 77.6-cı maddəsinə uyğun olaraq, qəbul edilmiş və etiraz edilmiş kreditor tələblərinin siyahısı məhkəməyə təqdim edilib. Adı çəkilən qanunun 77.7-ci maddəsinə uyğun olaraq etiraz edilmiş tələblərlə bağlı avqustun 1-də, saat 11:00-da 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Nəsimi rayonu, Nəcəf bəy Vəzirov küçəsi, 56 ünvanında) dinləmələr keçiriləcək.

"Bank of Azerbaijan"nın lisenziyası bu il, yanvarın 18-də Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə ləğv edilib. Qurum öz qərarını Bankın məcmu kapitalın məbləği ilə bağlı minimum tələbinə əməl etməməsi, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olması, kreditorları qarşısında öhdəliklərini icra edə bilməməsi, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etməməsi ilə izah edib.

Fevralın 5-də isə 1 saylı Bakıİnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə "Bank of Azerbaijan" müflis elan edilib və iflas prosedurasına başlanılıb, ADİF isə Bankın ləğvedicisi təyin edilib. 

Son xəbərlər

Orphus sistemi