​Əmanətlərin Sığortalanması Fondu 100 mln. manat borc götürəcək - ƏLAVƏ OLUNUB

​Əmanətlərin Sığortalanması Fondu 100 mln. manat borc götürəcək - ƏLAVƏ OLUNUB Qurum Mərkəzi Bankdan hazırda 22 mln. manat vəsait götürüb
Maliyyə
22 İyul , 2016 12:56
​Əmanətlərin Sığortalanması Fondu 100 mln. manat borc götürəcək - ƏLAVƏ OLUNUB

İlk xəbər 12:14-də dərc olunub

Bakı. 22 iyul. REPORT.AZ/ Əmanətlərin Sığortalanması Fondu 100 mln. manat borclanmaya gedəcək. Bununla bağlı, Mərkəzi Banka resurs üçün müraciət ediləcək.

“Report”un verdiyi xəbərə görə, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirilən mətbuat konfransında məlumat verib.

"Mərkəzi Bankdan hazırda 22 mln. manat vəsait götürmüşdük. Əlavə olaraq, 100 mln. manat da vəsaitə ehtiyac olacaq.

Lisenziyası ləğv olunan 4 bankda cəmi əmanətlər 187 mln. manatdır. Qorunan əmanətlər 140 mln. manatdır. 126 mln. manat kompensasiya məbləğidir. Lisenziyası ləğv olunan 4 bank üzrə ümumilikdə kompensasiya olunan əmanətlər 126 956 min manat təşkil edir. Hazırda fondun 26 mln. manat vəsaiti var", - deyə o qeyd edib. 

***

“Parabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin cəmi 103 969 min manat, qorunan əmanətlərin cəmi 61 949 min manat, kompensasiya olunan əmanətlər isə 54 885 min manat təşkil edir. Qorunan əmanətçilərin sayı 26 324 nəfərdir.

“Zaminbank” ASC-də fiziki şəxlərin ümumi əmanətlərini cəmi 53 632 min manat, qorunan əmanətlərin cəmi 53 631 min manat, kompensasiya olunan əmanətlər isə 36 350 min manat təşkil edir. Qorunan əmanətçilərin sayı 10 742 nəfərdir.

“Kredobank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin cəmi 24 272 min manat, qorunan əmanətlərin cəmi 20 956 min manat, kompensasiya olunanlar isə 32 914 min manat təşkil edir. Qorunan əmanətçilərin sayı 3 544 nəfərdir.

“Dekabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin cəmi 5 585 min manat, qorunan əmanətlərin cəmi 3 767 min manat, kompensasiya olunanlar isə 2 807 min manat təşkil edir. Qorunan əmanətçilərin sayı 133 nəfərdir.

Son xəbərlər

Orphus sistemi