Yuxarı

​Elşad Nəsirov: "SOCAR-ın TAP-da pay satmaq fikri yoxdur"

TAP layihəsinə bir neçə potensial investor maraq göstərir

Bakı. 15 iyul. REPORT.AZ/ Trans-Adriatik boru kəmərinin (TAP) inşası layihəsində iştirak payının yeni səhmdarlara satılmasının mümkünlüyü irəli sürülən təkliflər və onun qiymətləndirilməsindən asılı olacaq.

"Report"un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) investisiyalar və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib: "TAP layihəsində 20%-lik iştirak payının İtaliyanın "Snam" şirkətinə satılması ilə razılaşa da, razılaşmaya da bilərəm. Satıcı varsa, alıcı da var. İkincisi, alıcı bir şirkət deyil və bu gün həqiqətən bir neçə potensial alıcılar var, çünki bu, uzunmüddətli sabit və dayanıqlı bir layihədir. Bu səbəbdən bir neçə nəqletmə və neft-qaz şirkəti bu layihədə iştirak etmək istəyirlər".

Bununla yanaşı, E.Nəsirov əlavə edib ki, TAP-la bağlı müzakirələrdə satışa çıxarılan SOCAR-ın payı deyil: "Potensial satıcının kommersiya layihələrini müzakirə etmək etik cəhətdən düzgün olmazdı. Lakin SOCAR-ın indi öz payını satmaq fikri yoxdur", - E.Nəsirov qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi