Elman Rüstəmov: "Tam "üzən məzənnə"yə keçidlə bağlı iş aparılır"

Elman Rüstəmov: "Tam "üzən məzənnə"yə keçidlə bağlı iş aparılır" AMB sədri: "Bazarda tələblə təklif arasında böyük disproporsiya var"
Maliyyə
12 Dekabr , 2016 10:32
Elman Rüstəmov: Tam üzən məzənnəyə keçidlə bağlı iş aparılır

Bakı. 12 dekabr. REPORT.AZ/ "Hazırda tam "üzən məzənnə"yə keçidlə bağlı işlər aparılır və tezliklə öz proqramımızı ictimaiyyətə elan edəcəyik". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib. 

E.Rüstəmovun sözlərinə görə, hansısa məmurun pulları yığıb saxlaması ilə bağlı yayılan fikirlər doğru deyil: "Tam "üzən məzənnə"yə keçid çox sıx makroiqtisadi və struktur problemlərinin həll edilməsini tələb edir. Biz artıq bu ilin əvvəlindən "üzən məzənnə"yə keçmişik. Fevraldan mərkəzi bank öz pulunu hərraca çıxarmır. Amma bazarda tələblə təklif arasında böyük disproporsiya var".

Son xəbərlər

Orphus sistemi