​Elman Rüstəmov: "Maliyyə-kredit təşkilatları ilə yeni proqramların işlənilməsi tapşırılıb"

​Elman Rüstəmov: "Maliyyə-kredit təşkilatları ilə yeni proqramların işlənilməsi tapşırılıb" AMB sədri: "Devalvasiyadan ən çox təsirlənən bank sektoru olub"
Maliyyə
19 Yanvar , 2016 14:37
​Elman Rüstəmov: Maliyyə-kredit təşkilatları ilə yeni proqramların işlənilməsi tapşırılıb

Bakı. 19 yanvar. REPORT.AZ/ "Azərbaycan Prezidenti tərəfindən islahatlar zərfinin hazırlanması ilə bağlı tapşırıq verilib. Xüsusilə tapşırılıb ki, bütün maliyyə-kredit təşkilatları ilə yeni proqramlar işlənilsin, onlarla əlaqələr möhkəmləndirilsin".

"Report"un verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov parlamentin bu gün keçirilən növbədənkənar plenar iclasında çıxışında bildirib: "Makroiqtisadi sabitlik prezidentin diqqət mərkəzindədir, həddindən artıq olan işinin əhəmiyyətli hissəsi buna həsr olunub. Bu, təkcə görünən müşavirələr deyil, Prezident iqtisadi komandası ilə gündəlik təmasdadır. İslahatların istiqamətləri onun rəhbərliyi, koordinasiyası ilə həyat keçirilir".

"Ölkədə makroiqtisadi sabitliyin təmin olunması gündəlikdədir. Struktur islahatların yeni çağırışı ortaya çıxır. Prezident çıxışlarında bir sıra yeni nəsil struktur islahatlarını irəli sürüb. Bu, Azərbaycanda tam liberal iqtisadi modelin formalaşdırılmasıdır, yeni investisiya iqtisadi mühitinin formalaşması və iqtisadi artıma nail olunması konsepsiyasıdır. Bu, köklü idarəetmə islahatları tələb edir", - deyə AMB başçısı qeyd edib.

Bununla yanaşı, E.Rüstəmov əlavə edib ki, hazırda ölkənin bank sektoru kifayət qədər sabitdir: "Nüvəsi sabitdir. Azərbaycan Beynəlxalq Bankının restrukturizasiyası da addım-addım həyata keçirilir. Devalvasiyadan ən çox təsirlənən bank sektoru olub. Azərbaycanda son 10-12 ildə bank sektoru 80 mlrd. manat kredit verib, iqtisadiyyatın kreditləşməsində mühüm rol oynayıb".

Son xəbərlər

Orphus sistemi