Yuxarı
    Bağlamaq

    Elman Rüstəmov: "İnflyasiyanın kəskin azalması valyuta bazarındakı tarazlıqla bağlıdır"

    AMB-nin sərt konservativ pul siyasəti də qiymət artımının cilovlanmasında rol oynayıb
    © Report/ Firi Salim — AMB sədri Elman Rüstəmov

    Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycanda illik bahalaşmanın kəskin azalaraq yanvar ayında 5,5%-ə düşməsi ölkəninn valyuta bazarında tarazlığın yaranması, milli valyutaya etibarın artması, idxalçı və istehsalçıların bununla bağlı gözləntilərinin özünü doğrultması ilə bağlıdır.

    “Report” xəbər verir ki, bunu bugünkü mətbuat konfrasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.

    Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun sərt konservativ pul siyasəti də qiymət artımının cilovlanmasında rol oynayıb.

    “2 illik fasilədən sonra ölkədə iqtisadi artım da baş verib və bu, daha çox qeyri-neft sektorunun hesabına olub”, - deyə E.Rüstəmov qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi