Yuxarı

​Elman Rüstəmov: “Gələn aydan ipoteka kreditləri yeni əsasda veriləcək”

“Digər ölkələrin təcrübəsi nəzərdən keçirilir”

Bakı. 26 yanvar. REPORT.AZ/ “Ən geci gələn aydan ipoteka kreditləri yeni əsasda veriləcək”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Maliyyə Nazirliyi tərəfindən ipoteka kreditlərinin güzəşt və kommersiya hissələrinin genişləndirilməsi üzərində işlər aparılır: “İpoteka kreditlərinin verilməsi üzrə digər ölkələrin təcrübəsi nəzərdən keçirilir və araşdırmalar aparılır. Yəqin ki, yaxın zamanda, ən geci gələn ay ipoteka kreditlərinin yeni əsasda verilməsinə başlanılacaq”, - Mərkəzi Bankın sədri bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi