​Elman Rüstəmov: "Azərbaycanda heç bir bank bağlanmayacaq"

​Elman Rüstəmov: "Azərbaycanda heç bir bank bağlanmayacaq" AMB ixracatçıları ucuz kreditlərlə təmin etmək niyyətindədir
Maliyyə
17 Mart , 2015 19:11
​Elman Rüstəmov: Azərbaycanda heç bir bank bağlanmayacaq

Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) kapitalın həcmi ilə bağlı minimal tələbi yerinə yetirməyən kommersiya bankları ilə fərdi müqavilələr bağlayıb. "Report"un verdiyi xəbərə görə, bu barədə AMB-nin sədri Elman Rüstəmov deyib: "Heç bir bank bağlanmayacaq, onlar fəaliyyətini davam etdirəcək".

E.Rüstəmov bununla yanaşı banklara da müraciət edib: "İmkanları daxilində faiz dərəcələrini aşağı salsınlar. Əmanəti yerləşdirən də, krediti alan da xalqdır. Onların gəlirləri hesabına faiz gəlirlərinin azaldılması mümkündür. Müraciət edirəm ki, banklar gəlirləri hesabına faizlərin aşağı olmasını təmin etsinlər".

"Banklara yardım göstərilib, onlara manat vəsaitləri verilib. Qorunan əmanətlərin faizi qaldırılıb, bu, əhalinin əlavə gəlirlərinin təmin edilməsinə yönəlib və banklar üçün də yaxşıdır, onlarda əmanətlərin dayanıqlığını təmin edir", - AMB sədri qeyd edib.

Eyni zamanda, E.Rüstəmov AMB-nin ölkədə ipoteka kreditlərinin məbləğini artırmaq istədiyini də deyib: "Digər məqsədimiz ipotekanı regionlara aparmaqdır, gənc ailələrin ipoteka ilə təmin olunması mexanizmini yaratmaqdır" .

Onun sözlərinə görə, ixracatı artırmaq istəyənlər üçün də ucuz kredit mexanizmlərinin yaradılması istiqamətində iş aparılır.

Son xəbərlər

Orphus sistemi