Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) üzən məzənnə rejiminə keçidi ilə bağlı qərar özünü tam doğruldub. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AMB-nin sədri Elman Rüstəmov deyib: "Hazırda Mərkəzi Bankın əsas vəzifəsi manatın məzənnəsinin kəskin dəyişməsinin qarşısını almaqdır".
E.Rüstəmov ölkədəki kommersiya banklarının konsolidasiya prosesinin hələ başa çatmadığını da qeyd edib: "Konsolidasiya prosesi yeni rəhbərlərin qərarından sonra başa çatacaq".
Mərkəzi Bank sədri deyib ki, bağlanan banklar məhkəmələrdə özlərini müdafiə edəcək: "İki bank bizim qərarı məhkəməyə verib və biz özümüzü məhkəmə prosesində arqumentlərlə müdafiə edəcəyik".
"Hazırda üç bank konsolidasiya prosesindədir. Bu, çox vaxt aparan prosesdir", - deyə AMB sədri bildirib.