Elman Rüstəmov: "AMB-nin əsas vəzifəsi manatın məzənnəsinin kəskin dəyişməsinin qarşısını almaqdır"

Elman Rüstəmov: "AMB-nin əsas vəzifəsi manatın məzənnəsinin kəskin dəyişməsinin qarşısını almaqdır" AMB sədri: "İki bank bizim qərarı məhkəməyə verib"
Maliyyə
2 Mart , 2016 12:26
Elman Rüstəmov: AMB-nin əsas vəzifəsi manatın məzənnəsinin kəskin dəyişməsinin qarşısını almaqdır

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) üzən məzənnə rejiminə keçidi ilə bağlı qərar özünü tam doğruldub. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AMB-nin sədri Elman Rüstəmov deyib: "Hazırda Mərkəzi Bankın əsas vəzifəsi manatın məzənnəsinin kəskin dəyişməsinin qarşısını almaqdır".

E.Rüstəmov ölkədəki kommersiya banklarının konsolidasiya prosesinin hələ başa çatmadığını da qeyd edib: "Konsolidasiya prosesi yeni rəhbərlərin qərarından sonra başa çatacaq".

Mərkəzi Bank sədri deyib ki, bağlanan banklar məhkəmələrdə özlərini müdafiə edəcək: "İki bank bizim qərarı məhkəməyə verib və biz özümüzü məhkəmə prosesində arqumentlərlə müdafiə edəcəyik".

"Hazırda üç bank konsolidasiya prosesindədir. Bu, çox vaxt aparan prosesdir", - deyə AMB sədri bildirib.

Son xəbərlər

Orphus sistemi