Elman Rüstəmov: "6 milyon 600 min əmanətçinin hamısının əmanətləri tam sığortalanacaq"

Elman Rüstəmov: "6 milyon 600 min əmanətçinin hamısının əmanətləri tam sığortalanacaq" Ümumiyyətlə, bu, müvəqqəti qanundur
Maliyyə
19 Yanvar , 2016 11:06
Elman Rüstəmov: 6 milyon 600 min əmanətçinin hamısının əmanətləri tam sığortalanacaq

Bakı. 14 yanvar. REPORT.AZ/ "Azərbaycanda 6 milyon 600 min əmanətçinin hamısının əmanətləri tam sığortalanacaq". "Report" xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq, həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında "Əmanətlərin tam sığortalanması haqqında" yeni qanun layihəsinin müzakirəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, MDB ölkələrinin heç birində belə bir hüquqi sənəd yoxdur: "2008-ci ildə dünyada yaşanan və hələ də davam edən ağır maliyyə-iqtisadi böhranla əlaqədar onlarla aparıcı, inkişaf etmiş ölkə belə bir addıma gedib, bu yöndə müvafiq qanun qəbul edib. Ona görə biz də belə bir qanun layihəsinin hazırlanması və qəbul olunması yoluna üstünlük verdik. Ümumiyyətlə, bu, müvəqqəti qanundur. Daha doğrusu, bank sektorunda müəyyən problemlər yaranarsa, dərhal bu qanun dövriyyəyə girəcək, bank sektorunda tam sabitlik yarandıqdan sonra isə ona ehtiyac qalmayacaq. Onu da deyim ki, bu sənədin qəbulu ilə Azərbaycandakı bütün əmanətçilərin əmanətləri tam sığortalanacaq. Bu, çox ciddi, radikal addımdır, həm də dövlət başçısının xalqın maraqlarının təmin olunması baxımından atdığı bir addımdır. Bununla Azərbaycandakı 6 milyon 600 min nəfər əmanətçinin hər birinin əmanəti tam sığortalanacaq". 

İqtisadiyyat naziri Şahin Mustafayev isə bildirb ki, bu sənəd Azərbaycanda insanların, Azərbaycan əmanətçilərinin hüquqlarının qorunmasını nəzərdə tutan bir sənəddir: "Bu, belə də qiymətləndirilməlidir. Bu, irəliyə doğru atılmış çox mühüm addımdır".

Son xəbərlər

Orphus sistemi