Yuxarı

​Əli Məsimli: "Rubl Azərbaycan manatına ciddi təsir göstərməyə başlayıb"

Vahid Əhmədov: Bank ziyana düşsə olar, amma sahibkarları incitmək olmaz

Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) Rusiya rublunun məzənnə dəyişikliyinin Azərbaycan manatına təsirinin neytrallaşdırılması istiqamətində ciddi addımlar atmalıdır.

"Report"un bildirdiyinə görə, bunu Milli Məclisin İqtisadi siyasət Komitəsinin bu gün keçirilən iclasında çıxışında millət vəkili Əli Məsimli bildirib: "Mərkəzi Bank bankların müdafiəçisi kimi çıxış edir. Əgər addımlar atılmasa, ölkədə yüksək dollarlaşma gedəcək. Manat hazırda neftin qiymətinə daha həssas olub. Həmçinin, rubl manata ciddi təsir göstərməyə başlayıb. Təsirin neytrallaşması istiqamətində addımlar atılmalıdır".

Toplantıda iştirak edən deputat Vahid Əhmədov isə həmçinin banklarda kredit faizlərinin yüksək olmasına diqqət çəkib. Onun sözlərinə görə, əhalidən xeyli gəlir əldə edən banklar dollar vəsaitlərini manata çevirərək kreditləşməni davam etdirməlidir: "Bank ziyana düşsə olar, amma sahibkarları incitmək olmaz. Banklara demək lazımdır ki, manatla ehtiyatı yoxdursa, ziyana düşsün dəyişsin, amma krediti manatla versin".

V.Əhmədov ölkədə dollarlaşma prosesinin getdiyini xatırladıb: "Hazırda manatın qiyməti stabil deyil, arta da bilər, azala da bilər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi