Yuxarı
    Bağlamaq

    Mərkəzi Bank: Bu il bank olmayan kredit təşkilatlarının inkişafına diqqət artırılacaq

    Bu il elektron bankçılıq alətlərinin inkişaf etdirilməsi mühüm prioritetlərdən olacaq

    Bakı. 10 yanvar. REPORT.AZ/ Regionlarda sosial rifahın yüksəlməsində mikromaliyyənin rolunu nəzərə alaraq 2015-ci ildə bank olmayan kredit təşkilatlarının inkişafına diqqət artırılacaq.

    “Report”un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.

    “Bu il mikromaliyyə institutları, o cümlədən “Azərpoçt” MMC-nin regional xidmət şəbəkəsi vasitəsilə bank xidmətlərinə çıxışın artırılması üzrə əlavə tədbirlər görüləcək”.

    Bəyanatda bildirilir ki, regional bankçılığın inkişafı 2015-ci ildə də diqqətdə saxlanılacaq, kredit institutlarının regional şəbəkəsinin genişləndirilməsi təşviq olunacaq.

    “Fiziki filial şəbəkəsi ilə yanaşı, distansion bankçılıq mexanizmlərinin, o cümlədən elektron bankçılıq alətlərinin inkişaf etdirilməsi mühüm prioritetlərdən olacaq”, - bəyanatda qeyd olunur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi