Yuxarı
    Bağlamaq

    Maliyyə naziri: "Elə layihələrə üstünlük verilməlidir ki, özəl investisiyalardan istifadə olunsun"

    İnvestisiyalar elə qoyulmalıdır ki, o gəlir gətirsin

    Bakı. 2 may.REPORT.AZ/ 2015-ci ilədək Azərbaycanda infrastrukturun inkişafına 30 mlrd. dollar yatırılıb. Fiziki infrastrukturla yanaşı, sosial infrastrukturun inkişafına da vəsait sərf etmişik. Sosial infrastrukturun inkişafına çəkilən xərc ÜDM-ə təsir qabiliyyətinə malikdir.

    "Report"un verdiyi xəbərə görə, bu barədə maliyyə naziri Samir Şərifov "Azərbaycan 2020: İnnovativ və şaxələnmiş iqtisadiyyata doğru" konfransında çıxışı zamanı deyib.

    "Əsas məsələ ondadır ki, necə edək ki, özəl investorların uzunmüddətli sərmayələri mümkün olsun. Hökumət investorlar üçün daha münbit şərait yaratmalıdır. Azərbaycan unikal vəziyyətə malikdir. Bizdə Dövlət Neft Fondu vasitəsilə ölkədə infrastruktur layihələri həyata keçirilir. Digər ölkələrdə də kiçik infrastruktur layihələri gerçəkləşdirir", - nazir bildirib.

    Nazir deyib ki, bir sıra ölkələrdə özəl-dövlət münasibətləri ilə bağlı xüsusi təsisatlar yaradılıb: "İndoneziyada, Filippində xüsusi təsisatlar yaradılıb və bu təcrübəni öyrənmək Azərbaycan üçün maraqlıdır. İnfrastrukturun inkişafına görə əməkdaşlıq önəmlidir. Lakin bilinməlidir ki, dövlət-özəl əməkdaşlığı bütün problemlərin həlli demək deyil. Asiya infrastrukturunun inkişafına 8 trilyon dollar xərclənib. Asiyaya böyük kapital tələb olunur. İnfrastrukturun inkişafında müəyyən standartlara riayət etməliyik, çünki Asiya müxtəlif təbii fəlakətlərə məruz qalır".

    O bildirib ki, bəzi layihələr ilk baxışdan kənara qoyulmalıdır və elə layihələrə üstünlük verilməlidir ki, özəl investisiyalardan istifadə olunsun.

    Nazirin sözlərinə görə, investisiyalar elə qoyulmalıdır ki, o gəlir gətirsin. Biz buna diqqət etməliyik.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi