Elçin Məmmədov: "Maksimum çalışdıq ki, vergi ödəyiciləri kölgədən çıxsınlar"

Elçin Məmmədov: "Maksimum çalışdıq ki, vergi ödəyiciləri kölgədən çıxsınlar" Vergi ödəmək hər bir şəxsin, o cümlədən də futbolçuların borcudur.
Maliyyə
15 May , 2019 11:03
Elçin Məmmədov: Maksimum çalışdıq ki, vergi ödəyiciləri kölgədən çıxsınlar
Vergilər Nazirliyinin nümayəndəsi Elçin Məmmədov / Report/ Firi Salim

"Vergi ödəmək hər bir şəxsin, o cümlədən də futbolçuların borcudur".

"Report" xəbər verir ki, bunu Bakıda AFFA və UEFA-nın təşkilatçılığı ilə keçirilən "Futbol və Biznes" sammitində Vergilər nazirinin müşaviri, vergi ombudsmanı Elçin Məmmədov deyib.

Onun sözlərinə görə, futbolçularla ikili müqavilə problemi 2019-cu il 1 yanvar tarixindən Vergi Məcəlləsində edilən dəyişiklər sayəsində aradan qalxa bilər: "Maksimum çalışdıq ki, vergi ödəyiciləri kölgədən çıxsınlar. 8 min manata qədər olan maaşlar vergidən azaddır. Bu, görünməyən bir işdir. Bu şərtlər vergi ödəmək istəyən şəxslərin üzə çıxmasına imkan verir. Dövlət sahibkarların sayının artması üçün maksimum təkan verir".

Son xəbərlər

Orphus sistemi