Ekspertlər: Yerli valyutanın ucuzlaşması iqtisadi artımı zəiflədir

Ekspertlər: Yerli valyutanın ucuzlaşması iqtisadi artımı zəiflədir Həmçinin, bu, əhalinin xarici valyutaya yönəlməsi və istehlakı artırmasına gətirib çıxaracaq
Maliyyə
17 Aprel , 2017 17:11
Ekspertlər: Yerli valyutanın ucuzlaşması iqtisadi artımı zəiflədir

Bakı. 17 aprel. REPORT.AZ/ "Yerli valyutanın ucuzlaşması iqtisadi artıma gətirib çıxara bilər, lakin bu, qısamüddətli olacaq, növbəti illərdə iqtisadi artım zəifləyəcək". "Report" RBC saytına istinadən xəbər verir ki, bu açıqlama ilə Prezident yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyası və Qaydar İnstitutunun ekspertləri çıxış ediblər.

Ekspertlərin fikrincə, rublun ucuzlaşması 2017-ci ildə ÜDM-in 1,4% artmasına gətirib çıxaracaq. Lakin 2018-ci ildə bu effekt öz təsirini itirəcək və iqtisadi artım 1,5%-ə düşəcək. Əksinə, rubl sabit qalarsa ÜDM 2017-ci ildə 1,2%, 2018-ci ildə isə 1,8% artım göstərəcək. Həmçinin, ekspertlərin fikrincə, ucuzlaşan yerli valyuta ona olan inamın itməsinə gətirib çıxaracaq. Nəticədə, əhalinin yığım modelindən imtina edərək vəsaitlərinin xarici valyutaya və ya istehlaka yönəldəcəyi proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi