​Ekspertlər: "Avronu yumşaq ucuzlaşma gözləyir"

​Ekspertlər: "Avronu yumşaq ucuzlaşma gözləyir" "Bank of Tokyo-Mitsubishi": Bu ilin sonuna avronun məzənnəsi 1,03 USD/EUR-a kimi enəcək
Maliyyə
3 Mart , 2016 15:20
​Ekspertlər: Avronu yumşaq ucuzlaşma gözləyir

Bakı. 3 mart. REPORT.AZ/ "Bank of Tokyo-Mitsubishi" (MUFG) ekspertləri bu ilin I rübünün sonuna avronun məzənnəsinin 1,06 USD/EUR, II və III rüblərin sonuna 1,04,USD/EUR, ilin sonuna kimi isə 1,03 USD/EUR-a kimi enəcəyini proqnozlaşdırırlar.

"Report"un MUFG-a istinadən verdiyi xəbərə görə, Bankın ekspertləri Avropa Mərkəzi Bankının (ECB) martın 10-da keçiriləcək iclasda kəskin addımlar atmayacağını və nəticədə avronun məzənnəsində sərt dəyişikliklərin olmayacağını düşünürlər. ECB aylıq aktivlərin geri alınması proqramını, proqramın müddətini və depozitlər üzrə faizləri yumşaq şəkildə dəyişdirərək, investorların inamına xələl yetirməyəcək.

Analitiklər hesab edirlər ki, ECB-nin qərarları artıq avronun məzənnəsində öz əksini tapıb. Qeyd edək ki, məzənnə fevralın 11-dən etibarən təxminən 20 gün ərzində 4,5% zəifləyərək 1,087 USD/EUR səviyyəsinə enib.

MUFG ekspertləri düşünürlər ki, USD/EUR məzənnəsindəki dəyişikliklər bundan sonra ABŞ Federal Ehtiyat Sisteminin (FES) növbəti qərarları və qlobal bazar konyunkturuna bağlı olacaq. Avrozonanın xarici ticarət balansının yüksək profisitə sahib olması avronun məzənnəsinin daha yumşaq azalmasını təmin edəcək.

Son xəbərlər

Orphus sistemi