Yuxarı

Ekspert: "Yaxın zamanlarda manatın devalvasiyası gözlənilmir" - ŞƏRH

Oqtay Haqverdiyev: Yaxın zamanlarda, ən azı ilin sonuna qədər dəyişiklik gözlənilmir

Bakı. 24 avqust. REPORT.AZ/ Manatın gözlənilən devalvasiyası haqqında yayılan şayiələr əsassızdır və bu, məsələ ətrafında ajiotaj yaratmaq məqsədi daşıyır. 

Bu barədə "Report"a iqtisadçı-ekspert, Azərbaycanın iqtisadiyyat nazirinin sabiq müavini Oqtay Haqverdiyev son günlər paytaxtdakı valyuta mübadiləsi məntəqələrində müşahidə olunan vəziyyəti şərh edərkən bildirib.

"Əslində, son günlər heç nə baş verməyib, bu, sadəcə ajiotajdır. Müxtəlif şayiələr buraxılır, bu da cəmiyyətdə və müəyyən əmanəti olan insanlar arasında qeyri-normal reaksiyaya səbəb olur", - deyə O.Haqverdiyev qeyd edib. 

O, Azərbaycan Mərkəzi Bankının devalvasiyanın olmayacağına və məzənnənin eyni səviyyədə qalacağına dair bəyanatını xatırladıb. 

"Yaxın zamanlarda, ən azı ilin sonuna qədər dəyişiklik gözlənilmir", - deyə ekspert vurğulayıb və manatın qiymətinin sabitliyini məzənnənin tənzimlənməsi siyasəti ilə izah edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi