Ekspert: Türkiyədə dolların məzənnəsi 4 lirə həddini üstələyə bilər

Ekspert: Türkiyədə dolların məzənnəsi 4 lirə həddini üstələyə bilər Proqnoz: İnkişaf etməkdə olan ölkələrin valyutalarında zəifləmə gözlənilir
Maliyyə
26 İyul , 2017 17:43
Ekspert: Türkiyədə dolların məzənnəsi 4 lirə həddini üstələyə bilər

Bakı. 26 iyul. REPORT.AZ/ FED-in bugünkü iclası onun balansını azaltmağa başlaması və FED üzvlərinin fikirləri baxımından önəmli olacaq. Əgər FED balansını azaltmaqla bağlı açıqlama verməsə, dünyanın əsas mərkəzi banklarının avqustun 24-26-da Cekson Holda (Jackson Hole) keçiriləcək iclası əhəmiyyətini daha da artıracaq. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bunu "TMV Consultancy" şirkətinin baş iqtisadçısı İnanç Sözer bildirib.

"İnkişaf etməkdə olan ölkələrin milli valyutalarının ucuzlaşmasına paralel olaraq türk lirəsi də zəifləyir. İlin ikinci yarısında bu valyutaların bir qədər də ucuzlaşması gözlənilir", - deyə İ.Sözer qeyd edib. Buna səbəb kimi iqtisadçı dünyada faizlərin yüksəlməyə başlaması amilini əsas gətirib. O, faizlərdəki yüksəlişin davam edəcəyini gözlədiyi üçün adı çəkilən valyutaların da zəifləyəcəyini ehtimal edir.

"Texniki təhlillər onu göstərir ki, Türkiyədə dolların məzənnəsi yeni maksimal səviyyələrə çata bilər. Önümüzdəki dönəmdə dollar 4 lirə və hətta daha yuxarı yüksələ bilər. Həmçinin, Cənubi Afrika randı, Braziliya rialı və Rusiya rublunda ciddi ucuzlaşma gözlənilir. Lirə də bu valyutalarla eyni kateqoriyadan olduğu üçün ucuzlaşması qaçılmaz olacaq", - deyə analitik əlavə edib.

Son xəbərlər

Orphus sistemi