Ekspert: "SOCAR istiqrazları minlərlə insanın kapital bazarına investisiya qoymasını təmin etdi" - ŞƏRH

Ekspert: "SOCAR istiqrazları minlərlə insanın kapital bazarına investisiya qoymasını təmin etdi" - ŞƏRH 2016-cı ildə buraxılan və vətəndaşlarımız üçün yeni sərmayə fürsətləri təklif edən SOCAR istiqrazları 17 oktyabr tarixində baş tutan 12-ci faiz ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1 milyon 250 min dollarlıq gəlir qazandırdı və istiqraz sahiblərinin ümumi gəliri 15 milyon dollara yüksəldi.
Maliyyə
17 Dekabr , 2019 09:54
Ekspert: SOCAR istiqrazları minlərlə insanın kapital bazarına investisiya qoymasını təmin etdi - ŞƏRH

2016-cı ildə buraxılan və vətəndaşlarımız üçün yeni sərmayə fürsətləri təklif edən SOCAR istiqrazları 17 oktyabr tarixində baş tutan 12-ci faiz ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1 milyon 250 min dollarlıq gəlir qazandırdı və istiqraz sahiblərinin ümumi gəliri 15 milyon dollara yüksəldi.

Bu istiqrazlar bazara hansı yeniliyi gətirdi, digər sərmayələr üzərində əsas üstünlükləri nədir və əhali başqa qiymətli kağızlarla o qədər də maraqlanmadığı halda, birdən-birə SOCAR istiqrazlarına niyə belə maraq göstərir?

Məsələni “Report”a şərh edən iqtisadçı-ekspert Cəfər İbrahimli SOCAR istiqrazlarının minlərlər insanın kapital bazarına investisiya qoymasını təmin etdiyini deyib: “Bu istiqrazlar qiymətli kağızlar bazarı haqqında qanun qəbul olunduqdan sonra yeni tələblərə uyğun kütləvi təkliflə buraxılan ilk qiymətli kağız oldu. Tanıtım və təbliğat çərçivəsində fərdi investorlar kapital bazarı və istiqrazlar haqqında geniş məlumata sahib oldular. Onlar bank əmanətlərinə alternativ yeni investisiya alətlərinin mövcudluğu haqqında xəbərdar oldular. Nəticə etibarı ilə SOCAR istiqrazları minlərlər insanın kapital bazarına investisiya etməsini, eyni zamanda da marketmeyker institutunun formalaşmasını təmin etdi.

Bu istiqrazların digər yatırımlar üzərində əsas üstünlüklərinə gəlincə, onlar yüksək likvidliyə sahibdir və istənilən anda heç bir itkiyə məruz qalmadan investisiya mövqeyində dəyişiklik etməyə imkan verir. Zaman etibarı ilə bazarda xarici valyuta ən yüksək gəlir təklif edən qiymətli kağız idi.

Digər qiymətli kağızlardan fərqli olaraq, əhalinin SOCAR istiqrazlarına bu qədər maraq göstərməsi, ilk növbədə, həmin qiymətli kağızların likvid olması və yüksək gəlirliliyi ilə əlaqədardır. Digər tərəfdən, emitentin emissiya prospektində təqdim olunan öhdəlikərin icraolunma mexanizminin dəqiq həyata keçirilməsini təmin etməsi istiqrazlara olan marağın artan trend üzrə davam etməsi ilə nəticələndi. Bu istiqrazlar gəlir əldə etmək və istənilən zaman nağd vəsaitə çevrilə bilindiyi üçün alınır”.

Xatırladaq ki, nominal qiyməti $1000, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olan və faizləri 3 aylıq qrafiklərlə ödənilən SOCAR istiqrazlarının $1.25 milyonluq rüblük faiz məbləği istiqraz sahiblərinin hesablarına köçürülüb.

1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən əldə edilməsi mümkün olan SOCAR istiqrazlarının növbəti faiz ödənişi 2020-ci ilin 17 yanvar tarixində baş tutacaq.

Son xəbərlər

Orphus sistemi