Ekspert: Rubl spekulyativ möhkəmlənmədən sonra kəskin ucuzlaşa bilər

Ekspert: Rubl spekulyativ möhkəmlənmədən sonra kəskin ucuzlaşa bilər "Carry trade" əməliyyatlarında böyük pullar iştirak edir
Maliyyə
17 Aprel , 2017 17:59
Ekspert: Rubl spekulyativ möhkəmlənmədən sonra kəskin ucuzlaşa bilər

Bakı. 17 aprel. REPORT.AZ/ Rusiya valyuta bazarında spekulyativ "köpük" yaranıb və bu "köpük" partlayarsa, rublun dollara qarşı məzənnəsi kəskin düşə bilər.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə xəbərdarlığı prezident yanında sahibkarların hüquqlarının müdafiəsi üzrə səlahiyyətli nümayəndə Boris Titov edib.

B.Titov bildirib ki, "Carry trade", yəni faiz fərqindən əldə olunan gəlir səbəbindən rubl kəskin möhkəmlənir: "Xarici investorlar öz ölkələrində ucuz faizlə borc alaraq yüksək faizlə rubl istiqrazlarına vəsait yatırır və böyük qazanc əldə edir. Bu vəziyyət hər an bitə bilər. O zaman isə rublun məzənnəsini kəskin azalma gözləyir".

Titov həmçinin bir müddət öncə Rusiya Bankının (Mərkəzi Bank) sədri Elvira Nabiullinanı da tənqid edib. Belə ki, Nabiullina "carry trade" əməliyyatlarında 2-5 mlrd. dollar həcmində vəsaitin iştirak etdiyini, bunun isə maliyyə sistemi üçün təhlükəli olmadığını bildirib. Titov isə birja əqdlərindən başqa, birjadankənar əməliyyatlarda da külli miqdarda spekulyativ vəsaitin olduğunu bildirərək, "köpük" partlamasına qarşı ehtiyatlı olmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi