Ekspert: "Azərbaycan məzənnə korrektəsini gec aparıb"

Ekspert: "Azərbaycan məzənnə korrektəsini gec aparıb" DB: Azərbaycan ticarət üçün sərhədləri açmalıdır
Maliyyə
11 May , 2017 13:03
Ekspert: Azərbaycan məzənnə korrektəsini gec aparıb

Bakı. 11 may. REPORT.AZ/ "Azərbaycan bir neçə ölkələrdən biridir ki, onunla bağlı proqnozumuzu 6 ay əvvələ nisbətən azaltdıq".

"Report" xəbər verir ki, bunu Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Hans Timmer deyib.

H.Timmer qeyd edib ki, neft qiymətləri Rusiya və Qazaxıstana nisbətən daha çox təsir edib: "Neft qiymətlərinin düşməsi nəticəsində Azərbaycan alıcılıq qabiliyyətinin 25%-ni itirib. Azərbaycanda yeni iş yerləri yaradılmalıdır. İxracyönümlü məhsullara üstünlük verilməlidir. Ötən il Bakıda olanda 5 əsas məsələni qaldırmışdım. Öncə pul siyasətinə baxılmalı və çevik məzənnə siyasəti aparılmalıdır. Məzənnə digər ölkələrə uyğunlaşdırılmalıdır. Azərbaycanda məzənnənin korrektəsi gec aparılıb, bu da iqtisadiyyata mənfi təsir edib". 

"İkinci məsələ bank sektorunun sağlamlaşdırılması ilə bağlıdır. Neft qiymətlərinin ucuzlaşdığı bir dövrdə bu, çox vacibdir. Bankları təkcə fiskal sahə hesabına deyil, restrukturizasiya hesabına da sağlamlaşdırmaq lazımdır".

H.Timmerin sözlərinə görə, Azərbaycanda fiskal dayanıqlıq təmin edilib: "İqtisadiyyatda baş verən şokların yaratdığı yük əhali arasında bərabər bölünməlidir. Həmçinin, Azərbaycan ticarət üçün sərhədləri açmalıdır. Xüsusən də, startaplara şərait yaradılmalıdır".

Son xəbərlər

Orphus sistemi