Yuxarı

​Əksər Qərb indekslərində yüksəlmə qeydə alınıb

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0940-a enib

Bakı. 16 dekabr. REPORT.AZ/ Dekabrın 15-də Amerika fond bazarında Dow Jones indeksi 0,90% bahalaşaraq 17 524,91 bənd, S&P 500 1,06% irəliləyərək 2 021,94 bənd, Nasdaq isə 0,87% yüksələrək 4 995,36 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 2,45% bahalaşaraq 6 017,79 bənd, Fransa CAC-40-ı 3,16% artaraq 4 614,40 bənd, Almaniya DAX-ı isə 3,07% yüksələrək 10 450,38 bənd olub.

Bugün səhər COMEX-də qızılın bir unsiyasının qiyməti 0,05% artaraq 1 063,80 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0940 (-0,73%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi