​Əksər Qərb indekslərində ucuzlaşma müşahidə edilib

​Əksər Qərb indekslərində ucuzlaşma müşahidə edilib Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1305 (-0,1%) təşkil edib
Maliyyə
31 Yanvar , 2015 09:38
​Əksər Qərb indekslərində ucuzlaşma müşahidə edilib

Bakı. 31 yanvar. REPORT.AZ/ Yanvarın 30-da Amerika fond bazarında Dow Jones indeksində 1,45% azalma müşahidə edilib və 17 164,95 bənd təşkil edib. S&P 500 1,30% azalaraq 1 994,99 bəndə qədər, Nasdaq isə 1,03% ucuzlaşaraq 4 635,24 bəndə enib.

"Report" xəbər verir ki, Avropa fond bazarında yanvarın 30-da FTSE 100 indeksi 0,90% azalaraq 6 749,40 bəndədək, Almaniya DAX-ı 0,41% ucuzlaşaraq 10 694,32 bəndədək enib. Fransa CAC-40-ı isə 0,59% düşərək 4 604,25 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 1,77% bahalaşaraq 1 283,00 dollara çatıb. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1305 (-0,1%) təşkil edib.

İngilis versiyası Most Western indexes fell

Son xəbərlər

Orphus sistemi