Yuxarı
    Bağlamaq

    ​Əksər Qərb indekslərində azalma müşahidə edilib

    Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1043-ə düşüb

    Bakı. 19 avqust. REPORT.AZ/ Avqustun 18-də Amerika fond bazarlarında Dow Jones indeksi 0,19% azalaraq 17 511,34 bənd, S&P 500 0,26% ucuzlaşaraq 2 096,92 bənd, Nasdaq isə 0,64% geriləyərək 5 059,35 bənd təşkil edib.

    "Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,37% geriləyərək 6 526,29 bənd, Fransa CAC-40-ı 0,27% azalaraq 4 971,25 bənd, Almaniya DAX-ı isə 0,22% ucuzlaşaraq 10 915,92 bənd təşkil edib.

    Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,06% ucuzlaşaraq 1 116,90 dollar təşkil edib. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1043 (-0,28%) təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi