Əksər Qərb indekslərində azalma müşahidə olunur

Əksər Qərb indekslərində azalma müşahidə olunur Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,10-a yaxınlaşır
Maliyyə
7 İyul , 2015 10:05
Əksər Qərb indekslərində azalma müşahidə olunur

Bakı. 7 iyul. REPORT.AZ/ İyulun 6-da Amerika fond bazarlarında Dow Jones indeksi 0,26% azalaraq 17 683,58 bənd, S&P 500 0,39% ucuzlaşaraq 2 068,76 bənd, Nasdaq isə 0,34% geriləyərək 4 991,94 bənd təşkil edir.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,76% ucuzlaşaraq 6 535,68 bənd, Fransa CAC-40-ı 2,01% azalaraq 4 771,54 bənd, Almaniya DAX-ı isə 1,54% geriləyərək 10 890,63 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,07% ucuzlaşaraq 1 167,00 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1034 (-0,72%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi