​Əksər Qərb indeksləri yüksəlib

​Əksər Qərb indeksləri yüksəlib Qızıl və avro da bir qədər bahalaşıb
Maliyyə
19 Noyabr , 2015 09:30
​Əksər Qərb indeksləri yüksəlib

Bakı. 19 noyabr. REPORT.AZ/ Noyabrın 18-də Amerika fond bazarında Dow Jones indeksi 1,42% bahalaşaraq 17 737,16 bənd, S&P 500 1,62% yüksələrək 2 083,53 bənd, Nasdaq isə 1,79% artaraq 5 075,20 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,16% bahalaşaraq 6278,97 bənd, Fransa CAC-40-ı 0,62% ucuzlaşaraq 4906,72 bənd, Almaniya DAX-ı isə 0,10% geriləyərək 10 959,95 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,72% artaraq 1 076,10 dollar olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0704 (+0,41%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi