Bakı. 8 yanvar. REPORT.AZ/ Yanvarın 7-də Amerika fond bazarında Dow Jones indeksi 2,32% ucuzlaşaraq 16 514,10 bənd, S&P 500 2,37% geriləyərək 1 943,09 bənd, Nasdaq isə 3,03% azalaraq 4 689,43 bənd təşkil edib.
"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,96% ucuzlaşaraq 6 954,08 bənd, Fransa CAC-40-ı 1,72% azalaraq 4 403,58 bənd, Almaniya DAX-ı isə 2,29% geriləyərək 9979,85 bənd olub.
Bu gün səhər COMEX-də qızılın bir unsiyasının qiyməti 0,32% bahalaşaraq 1 102,50 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0877 (+0,49%) təşkil edib.