Yuxarı

​Əksər Qərb indeksləri azalıb

Qızılın COMEX-də qiyməti isə 1 255 dollar/unsiyaya düşüb

Bakı. 20 may. REPORT.AZ/ Mayın 19-da Amerika fond bazarında "Dow Jones" indeksi 0,52% ucuzlaşaraq 17 435,40 bənd, "S&P 500" indeksi 0,37% azalaraq 2 040,04 bənd, "Nasdaq" isə 0,56% geriləyərək 4 712,53 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 1,82% ucuzlaşaraq 6 053,35 bənd, Fransa "CAC-40"-ı 0,85% azalaraq 4 282,54 bənd, Almaniya DAX-ı isə 1,48% geriləyərək 9 795,89 bənd olub.

Bu gün COMEX-də qızılın bir unsiyasının qiyməti 0,24% azalıb və 1 255,00 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1201 (-0,13%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi