​Əksər Qərb indeksləri ucuzlaşıb

​Əksər Qərb indeksləri ucuzlaşıb Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0878 USD/EUR-a düşüb
Maliyyə
27 May , 2015 08:23
​Əksər Qərb indeksləri ucuzlaşıb

Bakı. 27 may. REPORT.AZ/ Mayın 26-da Amerika fond bazarında Dow Jones indeksində 1,04% azalma müşahidə olunub və 18 041,54 bənd təşkil edib. S&P 500 1,03% geriləyərək 2 104,20 bənd, Nasdaq isə 1,11% azalaraq 5 032,75 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 1,18% geriləyərək 6 948,99 bənd, Almaniya DAX-ı 1,61% azalaraq 11 625,13 bənd, Fransa CAC-40-ı isə 0,66% geriləyərək 5 083,54 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 1,47% azalaraq 1 188,40 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0878 (-0,60%) təşkil edib.

İngilis versiyası Main fund indexes decreased

Son xəbərlər

Orphus sistemi