Əksər Qərb indeksləri ucuzlaşıb

Əksər Qərb indeksləri ucuzlaşıb Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0986 (+0,46%) təşkil edib
Maliyyə
12 Dekabr , 2015 09:42
Əksər Qərb indeksləri ucuzlaşıb

Bakı. 12 dekabr. REPORT.AZ/ Dekabrın 11-də Amerika fond bazarında Dow Jones indeksi 1,76% ucuzlaşaraq 17 265,21 bənd, S&P 500 1,94% geriləyərək 2 012,37 bənd, Nasdaq isə 2,21% azalaraq 4 933,47 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 2,22% ucuzlaşaraq 5 952,78 bənd, Fransa CAC-40-ı 1,84% azalaraq 4 549,56 bənd, Almaniya DAX-ı isə 2,44% geriləyərək 10 340,06 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti son bir gündə 0,87% artaraq 1 076,00 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0986 (+0,46%) təşkil edib.

İngilis versiyası Main West indexes decreased

Son xəbərlər

Orphus sistemi