Yuxarı

Qızıl və avro yenidən ucuzlaşıb

Amerika və Avropa fond bazarlarında indekslər geriləyib

Bakı. 4 may. REPORT.AZ/ Mayın 3-də Amerika fond bazarında "Dow Jones" indeksi 0,78% ucuzlaşaraq 17 750,91 bənd, "S&P 500" indeksi 0,87% azalaraq 2 063,37 bənd, "Nasdaq" isə 1,13% irəliləyərək 4 763,22 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksin 0,90% ucuzlaşaraq 6 185,59 bənd, Fransa "CAC-40"-ı 1,59% azalaraq 4 371,98 bənd, Almaniya DAX-ı isə 1,94% geriləyərək 9 926,77 bənd olub.

Bu gün COMEX-də qızılın bir unsiyasının qiyməti 14,4 dollar yaxud 1,11% azalıb və 1 280,90 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1487 (-0,41%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi