​Əksər Qərb indeksləri kəskin ucuzlaşıb

​Əksər Qərb indeksləri kəskin ucuzlaşıb Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1190 təşkil edib
Maliyyə
30 İyun , 2015 09:26
​Əksər Qərb indeksləri kəskin ucuzlaşıb

Bakı. 30 iyun. REPORT.AZ/ İyunun 29-da Amerika fond bazarında Dow Jones indeksində 1,95% azalma müşahidə olunub və 17 596,35 bənd təşkil edib. S&P 500 2,09% geriləyərək 2 057,64 bənd, Nasdaq isə 2,40% azalaraq 4 958,47 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 1,97% geriləyərək 6 620,48 bənd, Fransa CAC-40-ı 3,74% azalaraq 4 869,82 bənd, Almaniya DAX-ı isə 3,56% geriləyərək 11 083,20 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın qiymətində artım qeydə alınıb. Belə ki, bu əlvan metalın bir unsiyasının qiyməti 0,21% bahalaşaraq 1 176,20 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1190 (+0,21%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi