Yuxarı

​Əksər Qərb indeksləri geriləyib

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1375-ə düşüb

Bakı. 13 may. REPORT.AZ/ Mayın 12-də Amerika fond bazarında "Dow Jones" indeksi 0,05% bahalaşaraq 17 720,50 bənd, "S&P 500" indeksi 0,02% azalaraq 2 064,11 bənd, "Nasdaq" isə 0,49% geriləyərək 4 737,34 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,95% ucuzlaşaraq 6 104,19 bənd, Fransa "CAC-40"-ı 0,54% azalaraq 4 293,27 bənd, Almaniya DAX-ı isə 1,13% geriləyərək 9 862,12 bənd olub.

Bu gün COMEX-də qızılın bir unsiyasının qiyməti 0,02% artıb və 1 272,70 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1375 (-0,39%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi