​Əksər Qərb indeksləri geriləyib

​Əksər Qərb indeksləri geriləyib Avronun dollara qarşı məzənnəsi isə tədricən yüksəlir
Maliyyə
13 Noyabr , 2015 09:22
​Əksər Qərb indeksləri geriləyib

Bakı. 13 noyabr. REPORT.AZ/ Noyabrın 12-də Amerika fond bazarında Dow Jones indeksi 1,44% ucuzlaşaraq 17 448,07 bənd, S&P 500 1,40% azalaraq 2 045,97 bənd, Nasdaq isə 1,22% geriləyərək 5 005,08 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,88% ucuzlaşaraq 6 178,68 bənd, Fransa CAC-40-ı 1,94% azalaraq 4 856,65 bənd, Almaniya DAX-ı isə 1,15% geriləyərək 10 782,63 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,37% ucuzlaşaraq 1 082,90 dollar olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0791 (+0,34%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi