Əksər Qərb indeksləri geriləyib

Əksər Qərb indeksləri geriləyib Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə yüksəlib
Maliyyə
17 Aprel , 2015 09:43
Əksər Qərb indeksləri geriləyib

Bakı. 17 aprel. REPORT.AZ/ Aprelin 16-da Amerika fond bazarında Dow Jones indeksində 0,04% azalma müşahidə olunub və 18 105,77 bənd təşkil edib. S&P 500 0,08% geriləyərək 2 104,99 bənd, Nasdaq isə 0,06% azalaraq 5 007,79 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,51% geriləyərək 7 060,45 bənd, Almaniya DAX-ı 1,90 % azalaraq 11 998,86 bənd, Fransa CAC-40-ı isə 0,57% geriləyərək 5 224,49 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,19% azalaraq 1 198,00 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0768 (+0,76%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi