Əksər Qərb indeksləri azalıb

Əksər Qərb indeksləri azalıb Avronun dollara qarşı məzənnəsi isə 1,1915 USD/EUR-ya düşüb
Maliyyə
7 Yanvar , 2015 09:41
Əksər Qərb indeksləri azalıb

Bakı. 7 yanvar. REPORT.AZ/ Yanvarın 6-da Amerika fond bazarında Dow Jones indeksində 0,74% azalma müşahidə edilib və 17 371,64 bənd təşkil edib, S&P 500 0,89% - 2 002,61 bəndədək, Nasdaq isə 1,29% - 4 592,74 bəndədək azalıb.

"Report" xəbər verir ki, Avropa fond bazarında yanvarın 6-da FTSE 100 indeksi 0,79% - 6 366,51 bəndədək, Almaniya DAX-ı 0,04% - 9 469,66 bəndədək, Fransa CAC-40-ı isə 0,68% - 4 083,50 bəndədək azalıb.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,50% bahalaşaraq 1 213,30 dollara bərabər olub, dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1915 dollar (-0,008%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi