Əksər fond indeksləri yüksəlib

Əksər fond indeksləri yüksəlib Dünya bazarında avro və qızıl isə ucuzlaşıb
Maliyyə
21 Aprel , 2015 10:02
Əksər fond indeksləri yüksəlib

Bakı. 21 aprel. REPORT.AZ/ Aprelin 20-də Amerika fond bazarında Dow Jones indeksində 1,17% artım müşahidə olunub və 18 034,93 bənd təşkil edib. S&P 500 0,92% irəliləyərək 2 100,40 bənd, Nasdaq isə 1,27% artaraq 4 994,60 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,82% irəliləyərək 7 052,13 bənd, Almaniya DAX-ı 1,74 % artaraq 11 891,91 bənd, Fransa CAC-40-ı isə 0,86% irəliləyərək 5 187,59 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,62% azalaraq 1 195,80 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0733 (-0,68%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi