​Əksər fond indeksləri yüksəlib

​Əksər fond indeksləri yüksəlib Dünya bazarında avronun məzənnəsi isə 1,1831 dollara düşüb
Maliyyə
8 Yanvar , 2015 09:27
​Əksər fond indeksləri yüksəlib

Bakı. 8 yanvar. REPORT.AZ/ Yanvarın 7-də Amerika fond bazarında Dow Jones indeksində 1,23% artım müşahidə edilib və 17 584, 52 bənd təşkil edib, S&P 500 1,16% - 2 025,90 bəndədək, Nasdaq isə 1,26% - 4 650,47 bəndədək artıb.

"Report" xəbər verir ki, Avropa fond bazarında yanvarın 7-də FTSE 100 indeksi 0,84% - 6 419,83 bəndədək, Almaniya DAX-ı 0,51% - 9 518,18 bəndədək, Fransa CAC-40-ı isə 0,72% - 4 112,73 bəndədək artıb.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,41% ucuzlaşaraq 1 208,30 dollara bərabər olub, dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1831 dollar (-0,70%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi