Əkrəm Həsənov: "KPMG"-nin audit apardığı banklar müflis olur"

Əkrəm Həsənov: "KPMG"-nin audit apardığı banklar müflis olur" ADIF də "Bank Standard"ın aktivlərinin qiymətləndirilməsinə həmin şirkəti cəlb edib
Maliyyə
23 İyun , 2017 16:07
Əkrəm Həsənov: KPMG-nin audit apardığı banklar müflis olur

Bakı. 23 iyun. REPORT.AZ/ “Azərbaycanda ötən il 11 bank bağlanıb, bunlardan ən böyük ikisi - “Bank Standard” və “Texnikabank”ın auditini “KPMG” şirkəti aparıb”.

“Report”un məlumatına görə, bunu “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin bu gün keçirilən iclasında Komitənin sədri Əkrəm Həsənov deyib.

Onun sözlərinə görə, şirkətin audit apardığı hər iki bankın müflis olması onun fəaliyyətinə şübhələr yaradır: “Üstəlik, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) da “Bank Standard”ın aktivlərinin qiymətləndirilməsinə həmin şirkəti cəlb edib. Bu, düzgün deyil. Adını çəkdiyim bankların 2012-ci ilə qədər kənar auditoru “PWC” audit şirkəti olub. Sonradan bu şirkətdə işləyən Vüqar Əliyev iş yerini “KPMG”yə dəyişib və köhnə müştərisi olan bankları da özü ilə aparıb. Məhz onun sayəsində son illər bu banklarda normal audit aparılmayıb. Bu məsələ ilə bağlı “KPMG”-nin baş ofisinə müraciət etmişik”.

ADIF-in iclasda iştirak edən nümayəndələri isə bildiriblər ki, əgər hansısa audit şirkətinin müştərisi olan bank müflis olursa, bu o demək deyil ki, həmin şirkətin xidmətindən daha istifadə etmək olmaz: “Dediyiniz “KPMG” böyük 4-lüyə daxildir və onun verdiyi rəy bütün dünyada qəbul edilir”.

Son xəbərlər

Orphus sistemi