Yuxarı
    Bağlamaq

    Əkrəm Həsənov “Bank Standard”ın Kreditorlar Komitəsinin sədri seçilib

    Bununla bağlı qərar Komitənin ötən gün keçirilmiş iclasında qəbul edilib

    Bakı. 4 may. REPORT.AZ/ Tanınmış hüquqşünas, “Antikollektor” MMC-nin direktoru Əkrəm Həsənov ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin sədri seçilib.

    “Report” xəbər verir ki, o, bu barədə özü məlumat verib.

    Hüquqşünasın sözlərinə görə, bununla bağlı qərar Komitənin ötən gün keçirilmiş II iclasında qəbul edilib: “Komitə üzvləri mənim namizədliyimi irəli sürdü. Bir nəfər bitərəf istisna olmaqla, digər bütün üzvlər, banka qarşı iri tələbləri olan şirkətlər də lehimə səs verdi və mən Komitənin sədri seçildim”.

    Ə.Həsənov onu da bildirib ki, Kreditorlar Komitəsinin növbəti iclası mayın 24-də, saat 15:00-da keçiriləcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi