“Ekol Mühəndislik Xidmətləri”nin aktivləri 9% artıb

“Ekol Mühəndislik Xidmətləri”nin aktivləri 9% artıb QSC 2016-ci ili 542 min manat mənfəətlə başa vurub
Maliyyə
9 May , 2017 13:27
“Ekol Mühəndislik Xidmətləri”nin aktivləri 9% artıb

Bakı. 9 may. REPORT.AZ/ 2016-cı ilin sonuna “Ekol Mühəndislik Xidmətləri” QSC-nin aktivlərinin həcmi 2015-ci ilə nisbətən 9,3% artaraq 13 873 min manat təşkil edib.

“Report” xəbər verir ki, bu barədə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin 2016-ci ilin yekunları ilə bağlı “Xalq” qəzetində dərc olunmuş hesabatında qeyd olunub.

Hesabat dövründə QSC-nin nizamnamə kapitalı dəyişməz qalaraq 4 072 min manat təşkil edib.

Şirkətin ötən il cəmi kapitalının həcmi isə 4,7% artaraq 12 182 min manat olub. Bu dövrdə “Ekol Mühəndislik Xidmətləri”nin öhdəliklərinin həcmi isə 1 691 min manat təşkil edib.

QSC 2016-ci ili 542 min manat mənfəətlə başa vurub.

Bu il yanvarın 1-i tarixinə qurumun 509 nəfər işçisi olub.

Qeyd edək ki, “Ekol Mühəndislik Xidmətləri” 2006-ci ilin mart ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR - 51%) və xarici investor “Lancer Services S.A.” şirkətinin (49%) pay iştirakı ilə imzalanan müqavilə əsasında təsis edilib. 2006-cı il aprelin 17-də Qapalı Səhmdar Cəmiyyəti təşkilati-hüquqi formada hüquqi şəxs kimi dövlət qeydiyyatından keçib.

Müəssisənin fəaliyyətinin əsas məqsədi respublika hüdudlarından kənarda və respublika daxilində müasir texnologiyalardan istifadə edilməklə ətraf mühitin mühafizəsi istiqamətində: sənaye çirkab, məişət-fekal və tullantı sularının təmizlənməsi, neftşlamın zərərsizləşdirilməsi, neftlə çirklənmiş torpaqların rekultivasiyası və reabilitasiyasının həyata keçirilməsi, antropogen təsirlərin nəticəsində yaranan fəsadların aradan qaldırılması, müəssisələrin fəaliyyətlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, icmalının aparılması, ekoloji texniki-normativ sənədlərin işlənməsi kimi ekoloji yönümlü xidmətlərin göstərilməsindən ibarətdir.

Son xəbərlər

Orphus sistemi