​Azərbaycan əhalisinin gəlirləri 5% artıb

​Azərbaycan əhalisinin gəlirləri 5% artıb Əhalinin sərəncamında qalan gəlirlərin həcmi 5% artıb
Maliyyə
15 Dekabr , 2014 13:41
​Azərbaycan əhalisinin gəlirləri 5% artıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,7% artaraq 33,6 mlrd. manata çatıb. Gəlirlərin hər nəfərə düşən həcmi 3 573,3 manat və ya orta hesabla ayda 324,8 manat təşkil edib. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hər nəfərə düşən gəlirin artımı istehlak qiymətlərinin bahalaşmasını 1,9 faiz bəndi üstələyərək 3,4% olub.

Bu dövr ərzində ölkə əhalisi gəlirlərinin 69,5%-ni son istehlak xərclərinə, 9,1%-ni vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,6%-ni kreditlər üzrə faizlərin ödənilməsinə sərf edib, 18,8%-ni isə yığıma yönəldib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 30,6 mlrd. manat həcmində və ya əvvəlki ildəkindən 5,1% çox vəsait qalıb.

Son xəbərlər

Orphus sistemi