Əhalinin əmanətləri yanvarda 4% artıb

Əhalinin əmanətləri yanvarda 4% artıb Ötən ilə nisbətən isə əmanətlərin həcmi 10% azalıb
Maliyyə
10 Mart , 2017 15:34
Əhalinin əmanətləri yanvarda 4% artıb

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında əhalinin yerləşdirdiyi əmanətlərin ümumi həcmi 2017-cı il fevral ayının 1-nə 7 747,2 mln. manat təşkil edib.

"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, yanvarın 1-nə olan analoji göstərici ilə müqayisədə əmanətlərin həcmi 298,5 mln. manat və ya 4% artıb.

Qeyd edək ki, 2016-ci ilin analoji dövrünə nisbətən isə əhalinin əmanətlərinin həcmi 896,1 mln. manat və ya 10,37% azalıb.

Son xəbərlər

Orphus sistemi