Əhalinin avroya marağı azalır

Əhalinin avroya marağı azalır Dekabrla müqayisədə avroya tələb 23,6%, illik isə 2,9 dəfə azalıb
Maliyyə
11 Mart , 2017 13:30
Əhalinin avroya marağı azalır

Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycanda əhalinin nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində yanvar ayında kommersiya banklarından xalis avro alışı 6 977,4 min təşkil edib. 

"Report" Mərkəzi Bankın hesabatına əsasən xəbər verir ki, bu, dekabr ayında əhalinin kommersiya banklarından xalis avro alışından 2 151,5 min avro və ya 23,6% azdır. Belə ki, dekabr ayında bankların xalis avro satışı 9 128,9 min təşkil edib. 2016-cı ilin yekununda kommersiya banklarının əhaliyə xalis avro satışı 266 647,6 min. avro olub. Bu da 2015-ci ilin yekunu olan 829 212,5 min xalis avro satışı ilə müqayisədə 3,11 dəfə azdır.

Keçən ilin yanvarında isə bankların əhaliyə xalis avro satışının həcmi 20 357,3 min təşkil edib. Bu ilin yanvar ayında kommersiya banklarının əhaliyə xalis avro satışı keçən ilin anoloji dövrü ilə müqayisədə 2,9 dəfə azdır.

Son xəbərlər

Orphus sistemi