Yuxarı

Ekspert: "Bank sektoruna dəstək olmasa, problemli kreditlər artacaq"

Cavanşir Abdullayev: Problemli kreditlərin çoxalmasının bir səbəbi də işsizliyin artması ilə bağlıdır

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycan bank sektorunda problemli kreditlərin məcmu kredit qoyuluşlarında xüsusi çəkisi real olaraq təxminən 10%-dir. "Report"un verdiyi xəbərə görə, bunu Azərbaycan Bank Tədris Mərkəzinin (ABTM) direktoru Cavanşir Abdullayev bildirib: "Mərkəzi Bankın məlumatlarına əsasən, problemli kreditlərin payı 7% təşkil edir".

"Əgər bank sektoruna dəstək olmasa, problemli kreditlərin xüsusi çəkisi artmaqda davam edəcək. Problemli kreditlərin çoxalmasının bir səbəbi də işsizliyin artması ilə bağlıdır. Qeyd edim ki, bir ilin nəticəsinə görə, təkcə bank sektorunda 3 min nəfər işsiz qalıb. İşsizlik problemi xüsusilə ikinci devalvasiyadan sonra aktuallaşıb. Əgər birinci devalvasiya əsasən banklara zərər vurdusa, ikinci devalvasiyanın yükü əhalinin üzərinə düşüb", - deyə C.Abdullayev qeyd edib.

ABTM rəhbəri əlavə edib ki, hazırda Azərbaycanda problemli kreditlərin idarə olunması ilə bağlı qanunvericilikdə müəyyən boşluqlar var və bu səbəbdən müvafiq qanunvericilik bazası təkmilləşdirilməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi