“Effektivnest” BOKT-un təsisçilərinin sayı azalacaq

“Effektivnest” BOKT-un təsisçilərinin sayı azalacaq Bakı. 29 noyabr. REPORT.AZ/ Dekabrın 29-da, saat 17:00-da “Effektivnest” MMC bank olmayan kredit təşkilatının (BOKT) təsisçilərinin ümumi yığıncağı keçiriləcək.
Maliyyə
29 Noyabr , 2017 09:12
“Effektivnest” BOKT-un təsisçilərinin sayı azalacaq

Bakı. 29 noyabr. REPORT.AZ/ Dekabrın 29-da, saat 17:00-da “Effektivnest” MMC bank olmayan kredit təşkilatının (BOKT) təsisçilərinin ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib.

Məlumata görə, yığıncağın gündəliyinə Fuad Abduriza oğlu Məmmədovun təsisçilikdən çıxması və onun BOKT-un nizamnamə kapitalına qoyduğu vəsaitin geri qaytarılması, “Effektivnest”in 2017-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanması məqsədi ilə kənar auditorun seçilməsi məsələləri daxildir.

Xatırladaq ki, “Effektivnest” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,13 mln. manatdır. 

Son xəbərlər

Orphus sistemi